Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə rejim qüvvələrinə sarsıdıcı zərbələr endirir: Görüntülər yayıldı 

Türkiyə ordusunun İdlibdə Suriya rejimi qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrə dair görüntülər yayılıb...

Dünən axşam Rusiya Hava Kosmik Qüvvələrinin zərbələri nəticəsində azı 33 Türkiyə hərbçisinin həlak olmasına cavab olaraq Ankara Əsəd qüvvələrinə şiddətli cavab zərbələri endirməyə başlayıb.

Hücumu Suriya ilə sərhəddəki komanda mərkəzindən müdafiə naziri Hulusi Akar şəxsən koordinasiya edir.

“Anadolu” agentliyinin Telegram-kanalında yerləşdirilmiş video-görüntülərə əsasən Türkiyənin pilotsuz təyyarələri, o cümlədən raket-artilleriya sistemləri bir-birinin ardınca Suriya ordusunun canlı qüvvəsinə, zirehli texnikasına, qərargahlarına və sursat anbarlarına zərbələr endirir. Bu zərbələrin nəticəsində çoxlu sayda Suriya əsgərlərinin öldüyü görünür.

Müdafiə naziri Hulusi Akar bəyan edib ki, dünən gecədən bəri Suriya rejimi qüvvələrinin İdlibdəki mövqelərinə endirilən kütləvi zərbələr nəticəsində "Buk" və "Pantsir" zenit-raket kompleksləri, 23 tank, bir o qədər sayda artilleriya qurğusu, habelə 5 vertolyot məhv edilib. Onun sözlərinə görə, zərbələr pilotsuz təyyarələrdən və raket-artilleriya sistemlərindən endirilib.(virtualaz.org)

pia.az


Etiket: İdlib


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Ən çox oxunanalar